Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.S. Cəlilov daha əvvəl Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub.

2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

2025-ci ilin iyul ayından son təyinata qədər S.Rzayev Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.

 

 

 

 

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *