Azərbaycan idmançıları oktyabrın 9-dan 11-dək Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından  verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.

13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala sahib çıxıblar.

Beləliklə, gimnastlar turniri üç qızıl və bir gümüş medalla başa vurublar.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *