Rusiya MN: Gecə ərzində 389 Ukrayna PUA-sı vurulub
Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Ukraynaya məxsus 389 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar Pskov, Novqorod, Leninqrad vilayətləri, Moskva regionu və Krım üzərində zərərsizləşdirilib.