Blog

  • Hello world!

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

  • Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı

    Lənkəranda kişi meyiti aşkarlanıb.

     1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisindəki qamışlıqda tapılıb.

    İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. Nəticədə kişinin meyiti aşkarlanıb.

    Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Hələlik xəsarətin ehtiyatsızlıqdan yıxılma nəticəsində, yoxsa başqa şəxs tərəfindən yetirildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Meyit müayinə olunması üçün morqa təhvil verilib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

    Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb və restoran sahibi olub.

  • Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı

    Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq.

    Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tam tərkibi vaxtı çatanda açıqlanacaq.

    Daha əvvəl Peskov Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

    Peskov həmçinin məlumat verib ki, Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir.

  • Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

    Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett “Millennium Symphony – Crossover Programme” simfonik şousu ilə çıxış edib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şousu izləyiblər.

    Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.

    Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu “Deutsche Grammophon” ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.

    Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik “ICONIC” albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.

     

     

  • Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub

    Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

     

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.

    Tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin – Avstriya, Bolqarıstan, Belarus, Rumıniya, Çin, Çexiya, Almaniya, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Özbəkistan, Vyetnam və Azərbaycan komandalarının təntənəli keçidi olub.

    Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.

    Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib.

    Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

    Daha sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.

    Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.

    Çempionatın proqramına uyğun olaraq daha sonra hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.

  • “Qarabağ” “Dinamo”ya uduzdu

    Bu gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.

     Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.

    Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da “Qarabağ” rəqibinə uduzub – 1:2.

  • Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

    Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.

    Bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.

    Rektor qeyd edib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğundan ixtisasların genişləndirilməsi istiqamətində işlər aparılır.

    Onun sözlərinə görə, Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə kadr hazırlığı təcrübəsinə uyğun olaraq, SDU-da da yeni ixtisasların açılması nəzərdə tutulur:

    “Sumqayıt Dövlət Universitetində növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. Əlbəttə, ilk növbədə hüquqşünaslıq ixtisasının açılması nəzərdə tutulur.

    Çünki bu sahədə kadr hazırlığına başlamaq üçün ciddi problem yoxdur. Mövcud infrastruktur tələbə qəbuluna və tədrisin təşkilinə imkan verir.

    Bu, region üçün də çox önəmlidir. Abşeron-Xızı ilə yanaşı, təhsil coğrafiyasında mühüm yer tutan Quba-Xaçmaz iqtisadi rayonu da əhəmiyyətli bölgələrdən biridir. Burada 1.2 milyondan artıq əhali yaşayır. Eyni zamanda, sözügedən ərazidə kənd təsərrüfatı sahəsi üzrə ixtisasların açılması barədə də düşünürük.

    Bu il iki yeni ixtisas üzrə kadr hazırlığının təşkili ilə bağlı müvafiq sənədləri nazirliyə təqdim etmişik.

    Bunlar data analitikası və proqram mühəndisliyi ixtisaslarıdır. Hesab edirəm ki, növbəti tədris ilindən Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək”.

  • Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

    O, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

    Mesajda deyilir: “Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Rəcəb Tayyib Ərdoğan

    Türkiyə Respublikasının Prezidenti”.

  • Şaiq Şükürova vəzifə verildi

    Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

    Müvafiq əmrlə Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin olunub.

    Ş.Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.

    Qeyd edək ki, dünən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad edilib. O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

     

     

  • Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

    Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

    Bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

    O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

    “Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var”.